Neftin qiyməti `oynayır` - Son rəqəmlər
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,05% bahalaşaraq bir barelə görə 40,86 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,59% artaraq 37,81 dollar olub. Qiymətlərin bahalaşması ABŞ-da benzin və digər yanacaqların ehtiyatının kəskin azalması ilə əlaqələndirilir.
AzVision.az
Teqlər: