Neftin qiyməti ən azı 70 dollar olmalıdır - “Rosneft”

Neftin qiyməti ən azı 70 dollar olmalıdır - “Rosneft”
  09 Mart 2016    Oxunub:2682
Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”in vitse-prezidenti Mixail Leontiyevin fikrincə, neftin qiyməti ən azı 70 dollar olmalıdır.
AzVision.az “ria.ru”ya istinadla xəbər verir ki, M.Leontiyev neft bazarında təklifin azalmasının və kapital xərclərinin “qara qızıl”ın qiymətinin 70-90 dollar/barrel aralığında olmasına işarə etdiyini deyib:

“Bazarın ehtiyacını ödəyəcək etibarlı bir təklif səviyyəsini təmin edəcək qiymət səviyyəsi isə ən azı 70 dollar/barrel olmalıdır”.

Onun fikrincə 2017-ci ildən başlayaraq qlobal neft bazarında təklif fərqi yaranacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti