İndiki kişilər qəşəng deyil, ağıllı qadınlarla evlənmək istəyir

İndiki kişilər qəşəng deyil, ağıllı qadınlarla evlənmək istəyir
  08 Mart 2016    Oxunub:8278
İnkişaf etmiş ölkələrdə müasir kişilər qəşəng deyil, ağıllı qadınlarla evlənməyə üstünlük verirlər.
Azərtac “dni24.com” saytına istinadla xəbər verir ki, alimlər belə seçimin əsasən Avropa ölkələrində və ABŞ-da üstünlük təşkil etdiyi qənaətinə gəliblər. Onlar müxtəlif ölkələrdə kişilərin hansı qadınlara üstünlük verməsini müəyyən edən tədqiqat aparıblar. Mütəxəssislər nəticə olaraq bildiriblər ki, daha çox inkişaf etmiş ölkələrdə güclü cinsin nümayəndələri gözəl deyil, ağıllı qadınlara diqqət yetirirlər.

Bir o qədər də inkişaf etməmiş ölkələrdə isə kişilər ilk növbədə gözəlliyə baxır və bundan sonra qadının əqli və digər qabiliyyətlərinə qiymət verirlər.

Avropada və ABŞ-da isə əksinə, kişilər ağıllı qadınları seçirlər. Gözəl qadınlar ikinci planda olur. Mütəxəssislər hesab edirlər ki, belə seçim cəmiyyətdə sosial rolların dəyişməsi ilə bağlıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti