Neftin qiyməti 41 dolları keçdi - Yenilənib
AzVision.az xəbər verir ki, Londonun İCE birjasında Brent markalı neftin 1 barrelinin may fyuçersi 40,07 dollara satılıb.
Hərraclar zamanı, Şimal dənizi neft qatışığının may fyuçerslərinin qiyməti 3,3% artaraq bir barelə görə 40,05 dollara təşkil edib.
Neftin qiymətinin bahalaşması ABŞ-da qazma qurğularının sayının azaldılması ilə əlaqələndirilir.
Qeyd edək ki, sonuncu dəfə neftin qiyməti 2015-ci ilin dekabr ayının 10-da 40 dollardan yüksək olub.
***
Ən son məlumatlara görə, Brent" markalı neftin qiyməti bir barelə görə 41 dollar göstəricisini ötüb. Beynəlxalq hərraclar zamanı "Brent" etalon markalı xammalın bir bareli 41,02 dollara satılıb.
AzVision.az