Magistratura imtahanı başa çatdı

Magistratura imtahanı başa çatdı
  06 Mart 2016    Oxunub:2654
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılan imtahan saat 13.00-da başlanıb və saat 15.30-da başa çatıb.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunub. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.


Teqlər:  





Xəbər lenti