Macar bankı Azərbaycana kredit ayırıb - 200 milyon dollar

Macar bankı Azərbaycana kredit ayırıb - 200 milyon dollar
  06 Mart 2016    Oxunub:2476
Macar bankı Azərbaycana 200 milyon dollar məbləğində kredit ayırıb.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstan hökuməti Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişafı üçün "Eximbank" vasitəsilə 200 milyon dollar məbləğində kredit xətti açıb.

"Biz iqtisadi-ticari əlaqələri genişləndirmək üçün bir sıra ciddi addımlar atmışıq. Macarıstanın "Eximbank"ı tərəfindən biznes əlaqələrinin inkşafı üçün 200 milyon dollar həcmində kredit xətti açılıb. Bu kredit xətti iqtisadiyyatın 5 sahəsi üzrə fəaliyət göstərən şirkətlərə təqdim olunacaq", - deyə P. Siyarto bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti