SOCAR Gürcüstanda 105 milyon litr yanacaq satıb

SOCAR Gürcüstanda 105 milyon litr yanacaq satıb
  05 Mart 2016    Oxunub:1630
Hazırda Gürcüstan ərazisində olan SOCAR Georgia Petroleum MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib.

AzVision.az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayevə Gürcüstana səfəri zamanı məlumat verilib.

Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə SOCAR Georgia Petroleumun bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb.

SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirmiş, əməkdaşlara yeni uğurlar arzulayıb.

Qeyd edək ki, SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti