Dövlət qurumunun xərcləri azaldılıb
Layihə parlamentin iclasında qəbul olunub.
Dəyişikliyə əsasən, 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24 faiz azaldılıb. Bununla da 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək.
Xatırladaq ki, ötən ilin oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.
AzVision.az
Teqlər: