Qətər əmiri Azərbaycana niyə gəlir?

Qətər əmiri Azərbaycana niyə gəlir?
  04 Mart 2016    Oxunub:2001
Qətər əmiri Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində əsas görüşlər martın 8-də keçiriləcək.

Əmirin Azərbaycan rəsmiləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişafına dair məsələlər ətraflı müzakirə olunacaq.

Görüşlərin yekununda hökumətlərarası iqtisadi birgə komissiyanın yaradılması, təhsil, gömrük, maliyyə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, nəqliyyat, gömrük orqanlarının təcrübə və texniki mübadiləsi haqqında sazişlər daxil olmaqla 8 sənədin imzalanması gözlənilir. (Apa)


Teqlər:





Xəbər lenti