Azad edilmiş ərazilərdə daha 79 mina tapıldı

Azad edilmiş ərazilərdə daha 79 mina tapıldı
  06 May 2024    Oxunub:817
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.04.2024 - 05.05.2024) açıqlanıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 26 piyada əleyhinə mina, 53 tank əleyhinə mina, 378 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 2 046.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti