Ağsuda narkotacir saxlanılıb

Ağsuda narkotacir saxlanılıb
  07 May 2024    Oxunub:457
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.

Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti