İki nəfəri öldürüb özünü güllələdi - YENİLƏNİB

   İki nəfəri öldürüb özünü güllələdi -  YENİLƏNİB
  04 May 2024    Oxunub:2105
Saat 17 radələrində Şəki rayonu ərazisində iki nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəki Rayon Prokurorluğundan AzVision.az-a bildirilib ki, araşdırmalarla 1965-ci il təvəllüdlü Namiq Məmmədovun rayonun Baş Şabalıd kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndliləri 1966-cı il təvəllüdlü Azər Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Məmmədsoya ov silahından atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Namiq Məmmədov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

* * *

18:16
Mayın 4-də saat 16 radələrində Şəki rayonunun Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   hadisə   cinayət  





Xəbər lenti