Borrel: “Silah Ukraynada istehsal olunsa yaxşıdır”

   Borrel: “Silah Ukraynada istehsal olunsa yaxşıdır”
  06 May 2024    Oxunub:948
Nəqliyyat xərclərinə qənaət etmək üçün Avropa İttifaqının (Aİ) maliyyəsi və Avropa şirkətlərinin iştirakı ilə Ukrayna ərazisində silah istehsal edilməsi məqsədəuyğundur.
AzVision.az xəbər verir ki, Aİ-Ukrayna müdafiə sənayesi forumuna gələn Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Jozep Borrel belə bəyanatla çıxış edib.

“Mümkünsə, Avropa şirkətlərinin n dəstəyi ilə silah istehsalı Ukraynada həyata keçirilməlidir. Bu, nəqliyyat xərclərinə qənaət edəcək və lazım olan yerdə silahın istehsalına imkan verəcək. Biz sənayeni qorumaq və istehsalı genişləndirmək üçün Ukraynanı vasitələrlə təmin etməliyik. Bu forum ikinci vəzifəyə həsr olunub. Foruma 25 ölkədən 140 şirkət gəlib. Biz Ukraynada kimin daha çox istehsal edə biləcəyi ətrafında müzakirə aparacağıq”, - Borrel deyib.

Amma, görünür, rəsmi Kiyevi yalnız silah verilməsi və ya istehsalı qane etmir. Ukraynanın baş nazii Denis Şmıqal Kiyevin tərəfdarlarının Ukraynaya hərbi kontingent göndərəcəyinə ümid etdiyini bildirib.

“Əgər tərəfdaşlarımız öz əsgərlərini və ya təlimatçılarını və ya məsləhətçilərini Ukrayna ərazisinə göndərmək qərarına gəlsələr, biz onlara minnətdar olarıq” , - Amerikanın CBC telekanalı Şmıqaldan sitat gətirir.

Onun sözlərinə görə, hazırda isə Ukrayna Qərb müttəfiqlərindən yalnız silah və hərbi texnika istəyir. Lakin lazımi vaxt yetişsə, Kiyev xarici kontingenti Ukraynada görməyə şad olacaq.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasındakı demokratların lideri Haakim Ceffriss, Ukraynanın məğlub olacağı halda , ABŞ qoşunlarının müharibəyə müdaxilə edə biləcəyini vurğulayıb.

Hərçənd, Rusiya ilə açıq hərbi toqquşmadan hər vəchlə yayınan və yalnız ukraynalıların həyatı bahasına geosiyasi maraqlarını təmin etməyə çalışan kollektiv Qərbin öz hərbçilərini rus ordusu ilə döyüşə göndərəcəyinə çox sadəlöhv insanlar inana bilərlrər. Əslində, hakimiyyət təmsliçiləri də daxil olmaqla hətta Ukraynanın özündə belə buna inananları yəqin ki, barmaqla saymaq olar. Ukrayna prezidentinin ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin son vaxtlar verdiyi bəyanatlar bunun əyani sübutudur.

Ukraynaya hərbi yardım məsələsini və xarici hərbi kontingent göndərilə bilməsi barədə bəyanatları diqqətlə izləyən Moskva isə, hazırda ABŞ-nin böyük ciddi-cəhdlə prezident postunda Volodomir Zelenskini əvəzləyəcək alternativ fiquir axtardığını iddia edir.
Rusiya KİV-ləri ölkənin Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən belə xəbər yayıblar.

“Amerikalılar Ukraynanın hazırkı prezidentinə alternativ tapmaq üçün səylərini gücləndiriblər”, - qurumdan ötürülən məlumatda vurğulanır.

Mənbənin dediyinə görə, bu mövzuda Avropa Həmrəyliyi Partiyasının lideri, sabiq prezident Pyotr Poroşenko və Kiyevin meri Vitali Kliçko ilə əlaqələr qurulub. Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Baş komandanı Valeri Zalujnı və Ali Radanın eks-spikeri Dmitri Razumkovla da gizli iş aparıldığı bildirilir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   Avropa  





Xəbər lenti