Qazaxın 4 kəndi qaytarılır |
“Kənddə çoxlu sayda polis var. Kəndlilər gərgin vəziyyətdədirlər, lakin heç nə edə bilmirlər, yol bağlanmayıb” , - deyə Şaqinyan əlavə edib. Kəndin başçısının dediyinə görə, geodeziya mütəxəssislərinin orada üç gün olacağı güman edilir.
Xatırladaq ki, aprelin 19-da baş tutan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq barədə razılığa gəlib.
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Həmçinin bax:
Simonyan jurnalistlərlə məzələndi: Paşinyanı devirmək üçün 2337 adam lazımdır
Şahanə Rəhimli
AzVision.az