DYP-dən polkovnikin döyülməsi haqda Açıqlama
Onun sözlərinə görə, hadisə ilə əlaqədar polkovnik Mehman Yusifov tərəfindən ötən gün axşam saatlarında Suraxanı rayonu Polis İdarəsinin 33-cü polis bölməsinə şikayət ərizəsi daxil olub.
“Hadisə ilə bağlı ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”-deyə V.Əsədov bildirib.
Qeyd edək ki, fevralın 24-də saat 23:00-da DYP müfəttişləri Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında Mehman Yusifovun avtomobilini saxlayıb. Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub.
Polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislər yumruqlarını işə salıblar və hətta həmkarlarını köməyə çağırıblar.
Zərərçəkmişin sözlərinə görə, polis əməkdaşları ona bədən xəsarətləri yetiriblər.
Gültəkin Ələsgər
AzVision.az