Gəncədə qadın sahibkarlara treninq keçirilib
“Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması, bu sahədə insan resurslarının səmərəli idarə olunması, biznes ideyanın yaradılması, biznes-planın tərtib edilməsi və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.
AzVision.az
Teqlər: