Bakıda xanım sürücü polisi xəstəxanalıq edib - VİDEO

Bakıda xanım sürücü polisi xəstəxanalıq edib - VİDEO
  29 Fevral 2016    Oxunub:7563
DYP Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında baş verən insidentə aydınlıq gətirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov AzVision.az-a açıqlamasında bildirib ki, 99 YP 497 avtomobili ilə Xətai rayonu ərazisində xidmət aparan yol polisləri xidmət zamanı 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ qanadının əzilməsi faktını aşkarlayıb və avtomobilə saxla əmri veriblər.

Şöbə rəisinin sözlərinə görə, xanım sürücü "Saxla!" işarəsinə tabe olmayıb və avtomobili saxlamadan hərəkətini davam etdirib.

“Görülmüş tədbirlər nəticəsində Süleyman Vəzirov küçəsində həmin sürücü məcburən saxlanılıb. Yol polisi əməkdaşları ondan sənəd istəyib. Xanım sürücü sənədinin olmadığını deyib və nalayiq ifadələrlə yol polisini təhqir edib. Həmçinin dırnağı ilə polis əməkdaşının üz nahiyəsinə xəsarət yetirib. Sürücü hadisə yerindən qaçmağa cəhd etsə də, polis onu saxlamağa nail olub. Polis isə hazırda ona yetirilən xəsarətlə əlaqədar hospitaldadır. Sürücü və yanında əyləşən kişi Xətai Rayon Məhkəməsinin qərarı əsasında hər biri 200 manat cərimə olunub”.

V.Əsədov sürücülərə müraciət edərək, onları yol polisinə qarşı aqressiv davranmamağa çağırıb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti