Azərbaycanda müğənni qəzaya düşdü, oğlu öldü

   Azərbaycanda müğənni qəzaya düşdü,    oğlu öldü
  05 May 2024    Oxunub:601
Azərbaycanda müğənni ağır qəzaya düşüb.
AzVision.az Manset.az-a istinadən xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib.

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi “Nissan Murano” markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.

AzVision.az


Teqlər:





Xəbər lenti