Rusların Putinə inamı getdikcə azalır - Reytinq

Rusların Putinə inamı getdikcə azalır  - Reytinq
  27 Fevral 2016    Oxunub:2842
Rusiya əhalisinin yalnız 81%-i ölkə prezidenti Vladimir Putinin fəaliyyətini dəstəkləyir.
AzVision.az xəbər verir ki, bunu “Levada-Centr”in fevral ayında apardığı sosioloji araşdırmanın nəticələri göstərir.

Məlumata əsasən rəyi soruşulan respondentlərin 19%-i Putindən narazıdır.

Xatırladaq ki, 2015-ci ilin oktyabrından başlayaraq Putinin reytinqi azalan xətlə inkişaf edir. Həmin vaxt bu rəqəm rekord həddə - 88%-ə çatırdı. Ötən ilin fevralında Putinin fəaliyyətini əhalinin 86%-i dəstəkləyirdi. Ötən ay isə bu rəqəm 82%-ə bərabər olub.

Bu arada Rusiya əhalisinin yalnız 58%-i Baş nazir Dmitri Medvedevin işini bəyənir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti