Metropoliten işçi axtarır

Metropoliten işçi axtarır
  25 Fevral 2016    Oxunub:3073
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir.
AzVision.az xəbər verir ki, kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:

Xanımlar üçün;
• Yaş: 18 – 30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Xarici dil bilmək arzuolunandır

Oğlanlar üçün;
• Yaş: 22 – 30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Xarici dil bilmək arzuolunandır

Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (https://azvision.az/redirect.php?url=http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsininin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 04.03.2016-cı il.

AzVision.az


Teqlər:





Xəbər lenti