Zakir Həsənov səfirə erməni işğalından danışdı

Zakir Həsənov səfirə erməni işğalından danışdı
  24 Fevral 2016    Oxunub:1366
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiçlə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunun vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti