Hesablama Palatası yeni büdcəyə müsbət rəy verdi
İlk olaraq, dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən makroiqtisadi şərait, gəlir və xərclərdə nəzərdə tutulmuş dəyişikliklərin əsas istiqamətləri, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilmə mənbələri üzrə məlumatlar dinlənilib. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə olunmuş, nəzərdə tutulmuş dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərmanların icrasının təmin edilməsi məqsədini daşıdığı bildirilib. Kollegiya qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq hər iki rəyin Milli Məclisinə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.
AzVision.az
Teqlər: