Bakı-Riqa aviareysi açılır

Bakı-Riqa aviareysi açılır
  17 Fevral 2016    Oxunub:1974
“Azərbaycan Hava Yolları” (AZAL) və Latviyanın “AirBaltic” aviaşirkətləri mayın 29-dan etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.
AZAL-ın mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, “AirBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.
Riqa-Bakı marşrutu üzrə birbaşa uçuş hər həftənin çərşənbə və bazar günləri, Bakı-Riqa reysi isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 07:05-də, Riqa Beynəlxalq Hava limanına enmə yerli vaxtla saat 09:15-də, Riqadan uçuş yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə isə Bakı vaxtı ilə saat 05:50-də olacaq.

Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır. Reyslər biznes və ekonom salonlu "Boeing-737" laynerləri ilə həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti