2016 tarixdə ən isti il olacaq
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatçılar xoşagəlməz amillərə El-Ninyo cərəyanının isti sularının yerini dəyişməsini də aid edirlər. Alimlər güman edir ki, 2016-cı ildə temperatur maksimumlarında bütün köhnə rekordlar yenilənəcəkr.
Böyük Britaniya Meteorologiya Xidməti nümayəndələri bildiriblər: “Öz proqnozlarımızı qurarkən yüz faizli dəqiqliyə nail olduğumuzu iddia edə bilmərik. Bizim qənaətlər başlıca olaraq atmosferə buraxılan parnik qazlarının həcminə əsaslanır. Amma okean suları temperaturlarının göstəricilərində həmişə dəqiq olmaq mümkün olmur. Buna baxmayaraq, temperatur göstəricilərinin artmasına dair proqnozlarda şübhə üçün əsas yoxdur”.
Alimlərin fikrincə, Yer kürəsində istiləşmə prosesi davam edəcək və bu, 30 il çəkəcək.
AzVision.az