Çinə gedən qatar bu gün Bakıya çatacaq

Çinə gedən qatar bu gün Bakıya çatacaq
  11 Fevral 2016    Oxunub:2158
Ukraynanın İliçevsk dəniz limanından yanvarın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) 32 vaqondan ibarət ikinci qatar yola düşüb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, ikinci qatar 11 fevral 2016-cı ildə saat 23:00 radələrində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq. Qatarın tərkibindəki vaqonlardan 1-i Qazaxıstanın Aktau limanına, 31-i isə Türkmənistanın Türkmənbaşı limanına təyinatı üzrə yola salınacaq.

Vaqonların yükü ərzaq məhsullarından və dəmir məmulatlarından ibarətdir.

Xatırladırıq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvar ayında həyata keçirilmişdir və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçiriliib, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilib, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.


Teqlər:  





Xəbər lenti