Prezident qanunu geri qaytardı - Sahibkarların müraciətinə görə

 Prezident qanunu geri qaytardı - Sahibkarların müraciətinə görə
  10 Fevral 2016    Oxunub:12159
Azərbaycan Prezidenti sahibkarların çoxsaylı müraciətlərini nəzərə alaraq qanuna dəyişiklikləri imzalamadan Milli Məclisə geri qaytardı.

Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən Azərtac-a daxil olan məlumatda bildirilir ki, sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti