`Fiziki şəxslərin gəlirləri artacaq`

`Fiziki şəxslərin gəlirləri artacaq`
  10 Fevral 2016    Oxunub:1727
"Fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin artmasına səbəb olacaq".
AzVision.az-ın məlumatına görə, bunu Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov deyib.

Onun sözlərinə görə, Vergilər Məcəlləsinə edilən bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 mln. manat azalmasına səbəb olacaq.

F. Şirinov əlavə edib ki, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin orta hesabla 4-9% artmasına səbəb olacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti