İstehlak kreditlərinin həcmi artıb - Mərkəzi Bank
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunlarına aid açıqladığı hesabatda deyilib.
AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi isə son bir ayda 40,2%-dən 38,6%-ə düşüb.
Verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az, nə çox 44% olub.
Qeyd edək ki, dekabrın 1-nə Azərbaycanda istehlak kreditlərinin həcmi 7 milyard 530 milyon manat təşkil edib.