İran ordusu dünyanın 8-ci böyük ordusudur

İran ordusu dünyanın 8-ci böyük ordusudur
  07 Fevral 2016    Oxunub:2762
İran İslam Respublikasının ordusu dünyanın 8-ci böyük ordusudur.
İran mətbuatı Böyük Britaniyada çıxan “Express” qəzetində dərc edilmiş hesabata əsasən əsgər sayına və texniki imkanlarına görə İran dünya orduları sırasında ilk onluğa daxildir.

Ordunun şəxsi heyətinin sayına görə ilk üçlüyə Çin (2.285000), ABŞ (1.431000) və Hindistan (1.325000) daxildir. İran ordusunun şəxsi heyətinin sayı isə 534000-dir.

Rusiya ordusu siyahıda bu göstərici üzrə 5-ci (768000), Türkiyə ordusu isə 9-cu yerdədir (510000).


Teqlər:  





Xəbər lenti