Kişilər aliment vermək istəmir - Problem

Kişilər aliment vermək istəmir - Problem
  05 Fevral 2016    Oxunub:1839
`Bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var`.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyyə İbrahimova deyib. Onun sözlərinə görə, Dövlət Komitəsinə son on ildə 30 minə yaxın müraciət, 7 796 şikayət daxil olub. Şikayətlərdən 2 107-si məhkəmə qərarlarının icra olunmaması, 1 593-ü məişət zorakılığı, 1 284-ü inzibati orqanların fəaliyyəti ilə bağlı olub.

Şöbə müdiri əlavə edib ki, Dövlət Komitəsinə alimentlə bağlı məhkəmə q­ərarlarının icrasında yaranan problemlər­lə bağlı daha çox müra­ciət daxil olur: `İkinci sırada isə məiş­ət zorakılığı ilə bağlı müraciətlər gəli­r. Müraciətlərin təhlili göstərir ki, eyni problemlər qalmaqdadır`.





Teqlər:  





Xəbər lenti