Nazir 7 müşavirini işdən çıxardı
Bundan başqa, Tariyel Quliyev nazirin yeni müşaviri təyin olunub.
Beləliklə, nazir F.Məmmədovun müşavirləri - Ələkbər Məmmədov, Riyad Hüseynov, Məhəmmd Sadıqov, Qabil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev və Tariyel Quliyevdir. Müşavir vəzifəsindən azad olunan şəxslər Nazirliyin digər struktur bölmələrinə təyinat alıblar.
Bundan başqa Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib. Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.
Eyni zamanda İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.
Həmçinin Rəhim Əfəndiyev nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi təyin edilib. Bu təyinata qədər R. Əfəndiyev vergilər nazirinin müşaviri olub. Bu vəzifəni əvvəllər Məhəmməd Balaqadaşov icra edib. M. Balaqadaşov maliyyə-təsərrüfat idarəsinin rəis müavini təyin edilib.
AzVision.az