DYP-dən sürücülərə müraciət: Yollar bağlıdır

DYP-dən sürücülərə müraciət: Yollar bağlıdır
  05 Fevral 2016    Oxunub:2048
Paytaxtın Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq, qısa müddətdə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb.
Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsindən AzVision.az-a verilən məlumata görə, Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20 –ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 may küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq, dəyişdirilib.

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti