İran Azərbaycanda dərman istehsal edəcək

İran Azərbaycanda dərman istehsal edəcək
  05 Fevral 2016    Oxunub:1997
Fevralın 4-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, R.Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı "Darou pakhsh" şirkəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

İran tərəfi ölkəmizdə dərman istehsalı müəssisəsinin yaradılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib.

Təkliflər öyrəniləcək və həyata keçirilməsi imkanları araşdırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti