Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
  04 Fevral 2016    Oxunub:1733
Abşeron, Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 5-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Laçın qaçqınları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar” və “Otuzikilər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti