Ceyhan limanından Azərbaycan neftinin ixracı artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı artıb
  04 Fevral 2016    Oxunub:2150
2016-cı ilin yanvar ayı ərzində 2 848 091 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan AzVision.az-a verilən xəbərə görə, bu həcmin 1 510 914 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2016-cı il fevralın 1-dək Ceyhan limanından 294 041 863 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Ceyhan limanından Azərbaycan neftinin nəqli ötən ilin yanvarından 15% artıq olub.

AzVision.az


Teqlər:





Xəbər lenti