“Aztelecom”dan oğurluq edən tutuldu

“Aztelecom”dan oğurluq edən tutuldu
  04 Fevral 2016    Oxunub:1521
"Aztelecom” MMC-dən oğurluq edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində “Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini İlqar Mustafayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti