Bakıda “NAZ-Lifan” oğurlandı

Bakıda “NAZ-Lifan” oğurlandı
  04 Fevral 2016    Oxunub:2330
Bakıda “NAZ-Lifan” markalı avtomobil oğurlanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.

Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib. Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti