Sonra yarışa start verilib. Pilotlar 45 dəqiqə ərzində müəyyən olunmuş marşrut üzrə dövrə vurublar. Yarış zamanı İsveç klubları – “Bimba Racing”in üzvü Bimba Sjöholm və “AJO”nun pilotu Tobis Soderling idarəetməni itirərək qayıqlarını aşırıblar. Hər iki idmançı yarışdan kənarlaşdırılıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Azərbaycan” komandasının üzvü Cohan Andersson ikinci, Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə üçüncü olublar.
Turnirdə Azərbaycan ilə yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparıblar.