Bu gün əsl yaz havası olacaq

Bu gün əsl yaz havası olacaq
  04 Fevral 2016    Oxunub:1932
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin mülayim keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 4-6, gündüz 12-16 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Fevralın 4-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti