Bu il neftin taleyini Rusiya müəyyən edəcək
OPEK üzvlərinin fevral görüşü ərəfəsində Rusiyanın energetika naziri Aleksandr Novakın hər neft hasil edən ölkə tərəfindən hasilatın 5% azaldılması ilə bağlı danışıqların mümkünlüyünü bəyan etməsindən sonra neftin qiymətləri 8 faizə qədər yüksəlib. Daha sonra OPEK-də Səudiyyə Ərəbistanından Rusiyaya hər hansı təklif olmadığını bildiriblər.
"Rosneft"in mətbuat katibi Mixail Leontyev "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, bu sahədə məsləhətləşmələr mütəmadi davam etdirilir: "Nəzəriyyədə hər şey mümkündür".
Hər halda heç bir zəmanət yoxdur ki, Moskva və ər-Riyad mütləq şəkildə yaxın vaxtlarda neft hasilatının azaldılmasına başlayacaqlar. "Business Insider" hesab edir ki, buna baxmayaraq, RF neft bazarının böyük oyunçularındandır və dünyanın diqqəti indi Rusiyaya yönəlib. (trend)
Teqlər: