Elmi işçilərə və doktorantlara şad xəbər

Elmi işçilərə və doktorantlara şad xəbər
  30 Yanvar 2016    Oxunub:3463
Azərbaycanda dövlət tərəfindən elmi işçilərə sosial müavinət ayrılacaq, doktorantlara isə təhsil xərclərinin ödənilməsi üçün uzunmüddətli güzəştli kredit ayrılacaq, onlardan xaricdə təhsil alanların maliyyə xərclərini təmin edəcək.
Bu, ikinci oxunuşda yenidən hazırlanmış “Elm haqqında” qanunun 37.10 və 37.12-ci maddələrində təsbit olunub.

Qanunun 37.10-cu maddəsinə görə, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlərin verilməsini, elmi-tədqiqat, təcrübi sınaq işlərinin aparılması, xarici ölkələrin nüfuzlu universitetlərində və elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir”.

Maddə 37.12-də isə deyilir ki, “Elmi müəssisələr və ali təhsil müəssisələri büdcədənkənar vəsaitləri hesabına elmi işçilərin və digər əməkdaşların əmək haqlarına əlavələr və sosial təminatlar müəyyən etmək hüququna malikdir”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Teqlər:  





Xəbər lenti