Nazir təkzib etdi: `Xaricdən borc almayacağıq`

Nazir təkzib etdi: `Xaricdən borc almayacağıq`
  28 Yanvar 2016    Oxunub:2889
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə kredit cəlb edilməsi məsələsini müzakirə etmir.
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, 4 milyard dollar həcmində kredit cəlb edilməsi barədə söhbət yoxdur:

"Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz", - deyə nazir qeyd edib.

Qeyd edək ki, "Financial Times" nəşri iddia edir ki, Azərbaycan BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə nəşrə BVF-nin nümayəndəsi bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti