`Çelsi` Ramiresi 28 milyona satdı

`Çelsi` Ramiresi 28 milyona satdı
  28 Yanvar 2016    Oxunub:3082
İngiltərənin "Çelsi" klubu Ramiresi Çinin "Çzyansu Saynti" klubuna satıb.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Britaniya mətbuatı bu transfer üçün Çin klubunun "Çelsi"yə təxminən 28 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, Ramires 2010-ci ildə "Benfika"dan 22 milyon funt sterlinqə "Çelsi"yə transfer edilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti