Daha bir bankın rəhbərliyində dəyişiklik

Daha bir bankın rəhbərliyində dəyişiklik
  28 Yanvar 2016    Oxunub:2676
22 yanvar 2016-cı il tarixində “Rabitabank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Bankdan verilən xəbərə görə, səhmdarların ümumi yığıncağının yekdil qərarı ilə Aydın Hüseynov “Rabitabank” ASC-nin Risk, təhlil və nəzarət bloku üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A. Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin aprel ayından "Yapı Kredi Bank" QSC-də Kreditlərin təhlili departamentinə mütəxəssis olaraq başlayıb. 2014-cü ilin Mart ayından etibarən “Rabitəbank” ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyirdi və cari ilin 22 Yanvar tarixindən etibarən isə İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra etməyə başlayıb.



Teqlər:  





Xəbər lenti