Neftin qiyməti yenə düşdü

Neftin qiyməti yenə düşdü
  28 Yanvar 2016    Oxunub:1993
London və Nyu-York birjalarında elektron ticarət əməliyyatlarının gedişində neftin qiyməti azalmaqda davam edir.
ICE London qitələrarası birjasında Brent markalı neftin aprel fyuçeslərinin qiyməti 0,34 dollar və ya 1,03% ucuzlaşaraq bir barelə görə 32,76 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,37 dollar və ya 1,15% azalaraq 31,93 dollar təşkil edib.

Qeyd edək ki, dünən Brent markalı neftin qiyməti 33 dolları keçərək, 33, 11 dollar təşkil etmişdi.


Teqlər:  





Xəbər lenti