Azərbaycan manat istiqrazları buraxır

Azərbaycan manat istiqrazları buraxır
  27 Yanvar 2016    Oxunub:3284
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2 500 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.
Bu barədə AzVision.az Komitəyə istinadən məlumat verir.

Bundan başqa, QKDK tərəfindən nazirliyin hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.


Teqlər:





Xəbər lenti