Neftin qiyməti nə qədər qalxa bilər?

Neftin qiyməti nə qədər qalxa bilər?
  25 Yanvar 2016    Oxunub:3226
Son günlər neftin qiymətində artım müşahidə olunur. Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurandun fikrincə, bu il neftin barrel qiyməti 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacaq.
İqtisadçı Nicat Hacızadə AzVision.az-a bildirib ki, neftin qiymətinin bahalaşması bazardakı vəziyyətlə bağlıdır.

Ekspertin fikrincə, neftin birdən-birə bahalaşmasında Səudiyyə Ərəbistanının neft ixracatının dayandırılması və azaldılması ilə bağlı şübhələr var.

“İqtisadi faktorlar neftin qiymətində bir qədər artıma səbəb oldu. “eyd edək ki, 2016-cı ildə “qara qızılın”qiyməti gözlənilən həddən artıq yüksəlməyəcək. Proqnozlar onu göstərir ki, 2016-cı ildə neftin qiyməti 25 dollar götürüləcək. Bu ilin birinci və ikinci rübündə neftin qiymətinin 30-20 dollar arasında dəyişəcəyi gözlənilir. Təbii ki, qiymət 30 dollardan bir qədər yuxarı da ola bilər. “Qara qızıl” 40 dollara kimi bahalaşması da mümkündür. Burada əsas məsələ OPEC-in hasilatını azaltmasıdır. Ölkə başçısı Davos formunda bu məsələni qeyd etdi ki, OPEC nə zaman hər hansı yığıncaq keçirir və ya neftin hasilatının azalması ilə bağlı çıxır edir, o zaman neftin qiyməti düşməyə başlayır. Təbii ki, burada siyasi amillər də var. Siyasi amillər də Qərb dövlətlərinin OPEC üzərindəki təsirləridir”.

N.Hacızadənin sözlərinə görə, İranın neftlə bağlı proqnozlarına şübhələr olsa da, bu ölkdə qarşıdakı dövrdə neft hasilatını artıracaq. Belə olan halda dünyada neft ixracatçıları arasında rəqabət başlayacaq: “Bu rəqabət neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq. 2016-cı il üçün ən maksimum və gözlənilməz hədd 40 dollardır. Amma araşdırmalar göstərir ki, ilin son 6 ayına kimi qiymətlərin 20 dollara kimi düşməsi gözlənilir”-deyə Nicat Hacızadə bildirib.

Qeyd edək ki, bu günə olan məlumata əsasən, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar artaraq 32,24 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,02 dollar artaraq 32,20 dollar olub.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti