Neftin qiyməti 50 dollara qalxacaq

Neftin qiyməti 50 dollara qalxacaq
  24 Yanvar 2016    Oxunub:9500
Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barrel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.

P.Andurandın fikrincə, ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq, bu ili artımla tamamlayacaq.

P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, yanvarın 20-də “Layt” markalı neftin bir barreli 26,19 dollaradək ucuzlaşmışdı.


Teqlər:  





Xəbər lenti