Sınaq qatarı Aktau limanına getdi

Sınaq qatarı Aktau limanına getdi
  23 Yanvar 2016    Oxunub:1825
Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı Qazaxıstanın Aktau limanına yola salınıb.
AzVision.az- ın məlumatına görə, yanvarın 22-də axşam 23:00-da sınaq qatarı “Azərbaycan” bərəsi ilə Aktau limanına yola düşüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt terminalından Qazaxıstanın Aktau limanına yola salınan bərənin 24 saat ərzində mənzil başına çatacağı gözlənilir. 10 vaqon və 20 40 futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınıb. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də, Azərbaycana isə yanvarın 22-i axşam çatıb.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.


Teqlər:





Xəbər lenti