Azərbaycanda qeyri-adi adət: Evin ətrafına çaynik düzürlər - FOTO, VİDEO
Kəpəz TV (Region TV) xəbər verir ki, maraqlı adət Tovuzun Qaraxanlı kəndində illərdir mövcuddur. Kənd sakinləri bunu gözdən-nəzərdən qorunmaq üçün etdiklərini deyirlər. Sakinlər bildirirlər ki, divarların üzərlərinə qoyulan çayniklər sınıq, yararsız və ağır olmalıdır ki, külək və ya digər vasitələr onu yerindən tərpədə bilməsin. İnanca görə, əgər pis niyyətlə həmin evə baxan qırıq çayniki görərsə, bu zaman ev sahibi ziyandan uzaq olar.
Bu bəd nəzərdən qorunma üsulu Qaraxanlıya gəlib-gedənlərin də diqqətini çəkir, amma ona inananlar da olur, əksini düşünənlər də. Qaraxanlı kəndinin sakinləri isə bu maraqlı adəti illərdir yaşadırlar.